Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / “Jurnalistlərin dostu” mükafatı İlham Əliyevə təqdim edildi

“Jurnalistlərin dostu” mükafatı İlham Əliyevə təqdim edildi

Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın rəsmi açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısına məlumat veriblər ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.

Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı açılış mərasimində çıxış edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov media nümayəndələrinə göstərdiyi diqqətə və qayğıya görə dövlət başçısına minnətdarlıq edib. Əflatun Amaşov “Jurnalistlərin dostu” mükafatını Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

Dövlət başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, bu binada 255 jurnalistə mənzil hədiyyə edilib.

Həmçinin oxuyun

“Fransa razılaşmanı pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyası Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması ilə bağlı bəyanat verib. …

Bir cavab yazın