Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Jurnalist qəzaya düşdü

Jurnalist qəzaya düşdü

Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova Şəki-Bakı yolunda avtomobil qəzasına uğrayıb. Teleqraf.com-un məlumatına görə, qarşıdan gələn “VAZ2107” markalı avtomobil Sevil Yusifovanın da içərisində olduğu “Hundai” markalı maşının yoluna çıxaraq qəza törədib. Avtomobilə ciddi ziyan dəyib, sürücü və sərnişinlər isə yüngül xəsarət alıblar. Sevil Yusifovanın vəkili Səməd Vəkilov bildirib ki, hadisə yerinə DYP əməkdaşları baş çəkiblər. Araşdırma aparılır. Sevil Yusifova rəhbəri olduğu təşkilatın fəaliyyəti ilə əlaqədar rayondakı qurumlarla görüşdən sonra Bakıya qayıdırmış.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın