Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İstanbul aeroportunda partlayış: yaralılar var

İstanbul aeroportunda partlayış: yaralılar var

Bu gecə İstanbulun “Sabiha Gökçen” beynəlxalq hava limanında partlayış baş verib.

Virtualaz.org Türkiyə mediasına istinadən bildirir ki, partlayış nəticəsində 2 nəfər yaralanıb.

Yaralananlar hava limanında təmizlik xidmətinin işçiləri olub. Onlar dərhal Mərmərə Universitetinin Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hələlik partlayışın dəqiq səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Bundan əlavə, hava limanına gedib-gələn yollarda polis postları qurulub.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın