Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Siqaretlərin qiyməti 50 faiiz artdı

Siqaretlərin qiyməti 50 faiiz artdı

Bir neçə günlük tərəddüdlərdən sonra Azərbaycanda siqaretlərin yeni topdan və pərakəndə satış qiymətləri müəyyənləşib.

Bu barədə məlumatı musavat.com-a siqaret satışı ilə məşğul olan şəxslər veriblər.

Qiymətlərdən məlum olur ki, siqaretlər ən azı 50% bahalaşıb. Son devalvasiya daha çox siqaret qiymətlərinə təsir edib.

Qeyd edək ki, bazar ertəsindən mağazalarda siqaretlər ya müxtəlif qiymətlərə satılırdı, ya da satış tamamilə dayandırılmışdı. Yeni qiymətlərin müəyyənləşməsinin gecikməsi siqaret bazarında qeyri-müəyyənliyə səbəb olmuşdiu.

“European Tobacco Baku” şirkətindən bildirilmişdi ki, əgər tütün məhsulları xaricdən ABŞ dolları və ya avro ilə alınırsa, təbii ki, bu, siqaretlərin qiymətinə təsir edəcək.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın