Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Siyasət / İslam Partiyasının lideri müddətsiz aclıq aksiyasına başlayıb

İslam Partiyasının lideri müddətsiz aclıq aksiyasına başlayıb

Həbsdə olan Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov sentyabrın 26-da keçirilməsi planlaşdırılan konstitusiyaya dəyişikliklər aktına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb. Bu barədə “islaminsesi” saytına M. Səmədovun saxlandığı Qobustan həbsxanasında onunla görüşən vəkil Yalçın İmanov məlumat verib.

M.Səmədov aksiyası ilə həmçinin Tale Bağırzadə və Nardaran hadisələrinə görə tutulan şəxslərə qarşı qanunsuzluğa etiraz etdiyini də deyib. Vəkil deyir ki, Mövsüm Səmədovda ümumi halsızlıq yaranıb. AİP lideri deyib ki, həbs ediləndən bəri mütəmadi oruc tutduğundan aclıq aksiyası onu o qədər də narahat etmir.

M.Səmədov müəssisə rəhbərliyinə aksiyanın qeydiyyata alınması və aksiyaya həkim nəzarəti olunması ilə bağlı müraciət etsə də, hələlik onun səhhətinə həkim nəzarəti yoxdur.

Son durumla bağlı “Yeni Müsavat”a danışan Y.İmanov bunları dedi: “Aclıq aksiyasına ayın 29-dan başlayıb. Bu barədə Qobustan həbsxanasının rəhbərliyini yazılı şəkildə məlumatlandırıb. Aclıq aksiyası müddətsizdir. Həm də həbsxana rəhbərliyinə həkim nəzarətinin olması ilə bağlı müraciət edib. Orada olduğum müddətdə Mövsüm Səmədovun səhhətinə heç bir həkim nəzarəti yox idi. Bu çox narahatedici məqamdır. Havaların bu şəraitdə isti olmasını, Mövsüm Səmədovun səhhətindəki problemləri nəzərə alsaq, ən azından həkim nəzarəti çox vacibdir. O, artıq iki ilə yaxındır Qobustan həbsxanasında saxlanılır”.

Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvarında həbs olunub. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin oxuyun

Azərbaycanın “qara siyahı”sına neçə nəfər düşüb?

Rəsmi Bakı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər edənləri “arzuolunmaz şəxslər” siyahısına salır. Azərbaycan …

Bir cavab yazın