Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İşğal altındakı rayonlarımızın polis şöbələrində yoxlamalar…

İşğal altındakı rayonlarımızın polis şöbələrində yoxlamalar…

Şəmsəddin Əliyev: «Struktur baxımından onlar da DİN-ə tabedirsə, belə yoxlamaların aparılmasına da normal yanaşılmalıdır»

«Bu adi bir prosedurdur, qeyri-adi nəsə axtarmağa da lüzum görmürəm»

Son vaxtlar Daxili İşlər Nazirliyində ciddi islahatlar aparılır. Xüsusilə də nizam-intizam, kadrların peşəkarlığı ilə bağlı məsələlərə dərindən fikir verilir. DİN-ə edilən şikayətlərə olduqca operativ reaksiyanın verilməsi və şikayətlərin tez bir zamanda araşdırılması da işlərin düzgün koordinasiya edilməsindən xəbər verir.
Bu günlərdə yayılan məlumatda bildirilirdi ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov işğal olunmuş rayonların polis bölmələrinə kompleks-inspeksiya yoxlaması göndərir.
Məlumatda, eyni zamanda, qeyd olunurdu ki, nazir polis rəislərinin fəaliyyətinin yoxlanması ilə bağlı göstəriş verib. İlk hədəfdə Zəngilan Rayon Polis Şöbəsinin olduğu bildirildi. Qeyd edək ki, hazırda həmin şöbədə DİN-in aidiyyəti əməkdaşları tərəfindən kompleks-inspeksiya yoxlaması aparılır.
Nazir Ramil Usubov fəaliyyətində nöqsanlar aşkar edilən polis rəislərini cəzalandıracağını bildirib.
Ancaq təəssüflər olsun ki, bəzi dairələr bu məsələyə ironik yanaşaraq, müxtəlif əsası olmayan fikirlər səsləndirir. Onların gəldiyi qənaətə görə, əslində bu yoxlamaların arxasında başqa korporativ məqsədlər var.
Bəs peşəkar polislərin bu məsələyə münasibəti necədir?
İstefada olan polis polkovniki Şəmsəddin Əliyev  açıqlamasında bildirdi ki, belə yoxlamaların olmasında qeyri-adi heç nə yoxdur:

«Bu, DİN-in Kollegiyasının qərarı ilə baş tutur. Struktura görə DİN Kollegiyasına cənab nazirin özü rəhbərlik edir. Bu baxımdan da hansısa strukturun yoxlanması ilə bağlı qərarın verilməsi tam olaraq rəhbərliyin səlahiyyətinə aiddir. DİN cinayətkarlıqla mübarizəni yerlərdəki strukturları vasitəsilə həyata keçirir. Bəzən isə fəaliyyət yerli əhalini qane etmir. Hansısa strukturlarla bağlı şikayətlər daxil olmağa başlayır. Həmin şikayət zolağının aradan qaldırılması üçün bu tip yoxlamalara zərurət yaranır. Sınaqdan keçirilib ki, çox vaxt bu tip yoxlamaların xeyri olur. DİN-in elə idarəsi və ya bölməsi var ki, orada 3-4 il ərzində belə yoxlama aparılmır. Bu bir növ mürgüləyənləri də oyadır. Qurumlar hər an onların da yoxlana biləcəyini gözləyir. Nəticədə məsuliyyət, ayıq-sayıqlıq artır. İşğal altında olan hər bir rayonun polis idarəsi fəaliyyət göstərir.
Struktur baxımından onlar da DİN-ə tabedirsə, belə yoxlamaların aparılmasına da normal yanaşılmalıdır. Həmin yoxlamaların nəticəsi barədə DİN-in geniş və ya dar kollegiyasında məlumat verilir. Aşkarlanmış nöqsanlarla bağlı kollegiyaya dəvət edilmiş polis rəisi barədə tədbir görülür: xəbərdarlıq edilir, rütbə aşağı salınır və ya polis sıralarından xaric olunur. Bu adi bir prosedurdur, qeyri-adi nəsə axtarmağa da lüzum görmürəm».

Məhəmmədəli QƏRİBL

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın