Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / İcra başçısının köməkçisi Goranboy olayına aydınlıq gətirdi

İcra başçısının köməkçisi Goranboy olayına aydınlıq gətirdi

Fuad Əliyev: “Mənin həbs olunmağımla bağlı məlumat yalandır”

Goranboyda DTX-nın əməliyyat keçirdiyi və bir neçə nəfərin saxlanıldığı barədə məlumat yayılmışdı.Azinforum.az xəbər verir ki, işdə adı keçənlərdən biri, Goranboy rayon icra başçısının köməkçisi Fuad Əliyev olub. Məsələ ilə bağlı saytımıza məlumat verən Əliyev bildirib ki, o, mətbuatda yazılanları oxuduqdan sonra icra başçısına məruzə edib.
Onun sözlərinə görə, rəhbərlik baş verənlərdən xəbərsiz olduğu üçün, dərhal onu hadisə yerinə göndərib. “Düzdür, mən oxuduqlarımı icra başçısına məruzə edərkən saat 16 radələrini keçmişdi. Belə bir səbəb üzündən də, hadisə yerinə iş saatlarının sonunda çatdım və qazıntının hansı səbəblər üzündən aparılması haqda da məlumatlar əldə edə bilmədim. Bundan əlavə, kimlərin də həbs olunmalarının şahidi olmadım.

Bir sözlə, xəbər portallarında dərc olunan açıqlamalarla bağlı onu deyə bilərəm ki, Göranboy rayon İcra Hakimiyyəti Aparatının səlahiyyətlisi olaraq, mənim həmişə media təmsilçilərinə böyük hörmətim olub. Eyni zamanda onlara tövsiyyə edərdim ki, bu cür açıqlamalar dərc etməzdən öncə daha ətraflı araşdırmalarını aparsınlar, adı çəkilən şəxslərin də mövqelərini öyrənsinlər. O halda atılan addımlar həm qarşılıqlı analaşma, həm də KİV haqqında Qanuna riayət olunma kimi qiymətləndirilər”.

Həmçinin oxuyun

Ərdoğan:”Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib”

“Türkiyənin zərbə PUA-ları əldə etdiyi uğurlarla 44 günlük Qarabağ zəfərində olduğu kimi müharibə metodlarını da …

Bir cavab yazın