Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Siyasət / Hacı Əbdüldən ŞOK AÇIQLAMA: “Aşurada verilən qanı kasıb-kusuba satırlar”

Hacı Əbdüldən ŞOK AÇIQLAMA: “Aşurada verilən qanı kasıb-kusuba satırlar”

“Biz qanvermə aksiyasına qoşulmuruq. Çünki Allah yolunda, təmənnasız verilən qanı sonradan kasıb-kusuba pulla satırlar”.

Bunu Moderator.az-a verdiyi açıqlamada Tövbə Cəmiyyətinin sədri Hacı Əbdül bildirib.

Hacı Əbdül deyib ki, cəmiyyət üzvləri ehtiyacı olan insanlara həmişə qan verib: “Qana ehtiyacı olan insanlar bizə müraciətlər edir. İstər Aşura günü, istərsə də başqa vaxtlarda. Biz əlimizdən gələn köməyi əsirgəmirik. Ancaq qanvermə aksiyalarında verilən qanlar sonradan pulla, özü yazıq insanlara satılır. Buna görə də belə aksiyaları dəstəkləmir və iştirak etmirik”.

Hacı Əbdül bildirib ki, rüşvət alanların, haram yeyənlərin qan verməsi də doğru deyil: “Onlar xarab qanları ilə hər şeyin zayını çıxardıblar. Ona görə də onların qanının kiminsə qanına qarışması doğru deyil. Xarab qanının başqa qana qarışmasının çox fəsadı olar”.

Qeyd edək ki, bu gün Aşura günü qeyd edilir və Azərbaycanın bir çox yerində bu gün münasibətilə qanvermə aksiyaları təşkil olunur.

Həmçinin oxuyun

Ərdoğan Bakıda Rəsulzadədən sitat gətirdi – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını və Ərəb Dövlətlər Liqasını tənqid edib. Türkiyə Prezidenti …

Bir cavab yazın