Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Həcc ziyarətində olmuş azərbaycanlı hacılarda kəskin virus aşkarlanıb

Həcc ziyarətində olmuş azərbaycanlı hacılarda kəskin virus aşkarlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarlardan bir çoxunda virus aşkarlanıb.
Azərbaycandan olan Həcc missiyasının həkim briqadasının rəhbəri Həci Kitabullah Əkbərov APA-ya bildirib ki, zəvvarlar bu virusa Səudiyyə Ərəbistanında yoluxublar.
Bunun kəskin respiratorlu virus infeksiyası olduğunu deyən K. Əkbərov bildirib ki, xəstəliyin əlamətləri ağır öskürək, asqırma, iştahasızlıq, oynaq-əzələ ağrıları və sairdir: “Həccdən qayıdan 500-dən çox hacı bu virusun daşıyıcısıdır. Buna da səbəb onların orada düzgün pəhriz saxlamamaları, soyuq su içmələri və digər məsələlərdir”.
Qeyd edək ki, bu il Azərbaycanda Həccə 2400 zəvvar gedib, onlardan 3-ü orada dünyasını dəyişib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın