Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Gömrük keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçdi – Aydın Əliyevdən xəbər

Gömrük keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçdi – Aydın Əliyevdən xəbər

Azərbaycanın gömrük keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev məlumat verib.
Onun sözlərinə görə, Gürcüstan “Yuxari Las” ərazisində qar uçqunları olduğundan Rusiya istiqamətində gedən yüklərin Azərbaycan ərazisindən keçəcəyi gözlənilir: “Bu həm Avropadan gələn, həm Türkiyədən və həm də Gürcüstandan gələn yüklər ola bilər. Bununla bağlı dünəndən “Sınıq körpü” gömrük-sərhəd keçid məntəqəsinə, eyni zamanda digər gömrük-sərhəd keçid məntəqələrinə göstəriş verilib və həmin məntəqələr gücləndirilmiş iş rejiminə keçirilib. Növbəyə çıxan işçilərin sayı artırılıb. Bu istiqamətdə bütün hazırlıq işləri yerinə yetirilib”.
APA

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın