Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / General Zeynalovun işdən çıxarılması ilə bağlı – Açıqlama

General Zeynalovun işdən çıxarılması ilə bağlı – Açıqlama

Martın 22-də mətbuatda Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynal oğlu Zeynalovun 18 mart 2016-cı il tarixdə vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbər yayılıb. Xəbərdə bildirilirdi ki, X. Zeynalovu Bakı Apellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, X. Zeynalovun işdən çıxarılması ilə bağlı xəbərlər təmamilə yalandır: “General iş başındadır. Bu cür xəbərlər əsassız və qeyri-dəqiqdir”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın