Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / Gəncə Musiqi Kollecində özbaşınalıq

Gəncə Musiqi Kollecində özbaşınalıq

AZinforum.az-a Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva müəllimləri ixtisar adı ilə sıxışdıraraq, onlardan pul aldığı barədə şikayət daxil olub.

Gəncə Musiqi Kolleci deyəsən Təhsil Nazirliyinin hədəfinə gələcək növbəti təhsil müəssisəsi olacaq. 700-ə yaxın tələbənin təhsil aldığı, 256 müəllimin işlədiyi bu təhsil müəssisəsinin direktoru Gülçin Mirzəyeva az qala şəxsi müəssisəsinə çevrilib.
Verilən xəbərdə bildirilir ki, yeni nazir təyinatından sonra təhsil müəssisəsində bir neçə gün nizam-intizam bərpa olunsa da, sonradan yenə hər şey köhnə qaydaya salındı.

Belə ki, istər qabiliyyət imtahanlarında, istərsədə semestr imtahanlarında on minlərlə manat pul ortada dövr edir. Bundan başqa adı olub, amma özü dərsə gəlməyən tələbələrə də rast gəlmək olar ki, bunlarda işlərini bir başa Gülçin Mirzəyeva ilə qururlar.
Son zamanlar təhsil sektorunda aydınlaşan mürəkkəb problemlərdən biri də ali məktəblərin özlərinin qəbul keçirtmələri və sonunda saxta diplomlar vermələridir. Aydın olur ki, Gəncə Musiqi Kolleci də bu xəstəliyə yoluxan təhsil ocaqlarındandır və adi yoxlamalar aparmaqla son illərdə nə qədər belə halların baş verdiyini görmək mümkündür. Amma Gülçin Mirzəyeva nədənsə heç bir narahatçılıq keçirmir.
Onu da qeyd edək ki, ali məktəblərdə yoxlamaların başa çatmasından sonra kolleclərdə də bu tipli yoxlamalar olacaq. Görünür onda Gülçin müəllimə narahatçılıq keçirəcəkmi?

Gülçin xanımın bir başqa qazanc yeri də var. O da kollec direktorunun müəllimlərdən ixtisar adı altında pul qazanmaq istəyidir. Belə ki, direktor müəllimləri guya ixtisara bilər adı ilə sıxışdırır, sonra da pul alaraq yerindəı saxlayır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın