Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Fransanı qana bulayan terrorçunun kimliyi bilindi

Fransanı qana bulayan terrorçunun kimliyi bilindi

Fransanın Nitsa şəhərində terror törədən şəxsin adı məlum olub.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, əslən Tunisdən olan 31 yaşlı Məhəmməd Lahouaiej Bouhleldir.

Məlum olub ki, o, terrorun törədilməsində istifadə etdiyi yük maşınını icarəyə götürüb.

Qeyd edək ki, ötən gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb.

Hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın