Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Ermənistan 20 gündür şəhidimizin nəşini qaytarmır

Ermənistan 20 gündür şəhidimizin nəşini qaytarmır

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan beynəlxalq sərhədində baş vermiş hadisə zamanı həlak olan azərbaycanlı əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin qaytarılması ilə bağlı tərəflərlə dialoqu hələ də davam etdirir.

Bu barədə AzVision.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) hakimiyyət orqanları ilə danışıqları iki tərəfli və konfedensialdır.

BQXK-nın açıqlması onu deməyə əsas verir ki, bu istiqamətdə hər hansı yenilik yoxdur. Şəhidimizin nəşinin nə zaman qaytarılacağı haqda sual bu dəfə də açıq qalıb.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Qeyd edək ki, prezident İlham Əliyevin göstərişi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev 2016-cı il dekabrın 29-da həlak olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.

Komissiya sədri M.Quliyev Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insidentdə şəhid olmuş hərbçimizin meyitinin alınması ilə bağlı məsələnin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu və bununla əlaqədar dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqların verildiyini qeyd edib

Həmçinin oxuyun

“Azərbaycan bu gün artıq siyasi şahmat taxtasında piyada deyil, eləmi?” –“Əlbəttə!..”

“Cəbhədəki yeni uğurlar münasibəti ilə dövlətimizi, xalqımızı təbrik edirəm. İşğalçı ermənilərin burnunu axıra kimi ovmaq …

Bir cavab yazın