Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Enrikeni qucaqlayan qız azərbaycanlı deyilmiş… – Fotolar + Video

Enrikeni qucaqlayan qız azərbaycanlı deyilmiş… – Fotolar + Video

“Formula 1” çərçivəsində Dənizkənarı Milli Parkda konsert verən Enrike İqlesiasın konserti böyük səs-küyə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb isə konsert zamanı səhnəyə atılaraq müğənnini qucaqlayan xanımdır.

Xaricdə belə hallar tez-tez baş versə də, Azərbaycan ictimaiyyəti üçün sözügedən mövzu kifayət qədər yenidir.

Elə konsertdən sonra Enrike və gənc fanatı sosial şəbəkələrə geniş müzakirələrə səbəb oldu.

“Burda nə var ki? Fanatının pərəstiş etdiyi müğənniyə qarşı sevgisi normaldır” deyənlər az olsa da, çoxu azərbaycanlı hesab etdikləri qızın hərəkətini sərt tənqid etdi. İstifadəçilər azərbaycanlı xanıma belə bir addımı yaraşdırmadıqlarını, onun böyük bir mədəniyyətsizlik etdiyini vurğulayıblar.

Daha sonra isə pop ulduzunun fanatının azərbaycanlı olmadığı ortaya çıxıb. Birinci onun ispan, italiyan, daha sonra isə iranlı olduğu iddia olunub.

Günün qəhrəmanının adına isə müxtəlif instaqram səhifələri açılıb, video və fotolar paylaşılmağa başlanılıb. Qızın kimliyi hələ ki, açıqlanmasa da, azərbaycanlı olmaması dəqiqdir. Daha əvvəl gənc xanımın Roberta Lanzoni olduğu deyilsə də, sonradan Heliya adlı İran vətəndaşı olduğu qeyd edilib.

Enrikeni qucaqlayan qız azərbaycanlı deyilmiş... -  Fotolar + Video
Enrikeni qucaqlayan qız azərbaycanlı deyilmiş... -  Fotolar + Video
Enrikeni qucaqlayan qız azərbaycanlı deyilmiş... -  Fotolar + Video
Enrikeni qucaqlayan qız azərbaycanlı deyilmiş... -  Fotolar + Video

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …

Bir cavab yazın