Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Elzanın namizədliyi qeydə alınmadı – Yenilənib

Elzanın namizədliyi qeydə alınmadı – Yenilənib

Əməkdar artist Elza Seyidcahanın deputatlığa namizədliyi qeydə alınmayıb.

 

Bu barədə AzVision.az-a 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirib.

Onun sözlərinə görə, E. Seyidcahanın sənədlərində uyğunsuzluq olduğu üçün namizədliyi qeydə alınmayıb.

Qeyd edək ki, bəstəkar-müğənni mətbuata açıqlamasında namizədliyi üçün 10 min səs topladığını bildirmişdi. Bu xəbər qalmalaqla səbəb olmuşdu. DSK müğənnini təkzib edərək bunun mümkün olmadığını açıqlamışdı.

***

Məsələ ilə bağlı AzVision.az-a açıqlama verən Elza Seyidcahan namizədliyinin qeydə alınmamasından xəbərsiz olduğunu deyib. Əməkdar artist bildirib ki, bu barədə DSK tərəfindən ona məlumat verilməyib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın