Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Siyasət / Eldar Mahmudovun bəzi “nazirləri” qurban adı ilə maskalanıb

Eldar Mahmudovun bəzi “nazirləri” qurban adı ilə maskalanıb

“MTN işi” ilə bağlıModerator.az-a a ilginc informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, sabiq MTN rəhbəri Eldar Mahmudova xüsusi yaxınlığı ilə seçilən, onunla biznes şərikliyi olan, habelə keçmiş nazirə cani-dildən xidmət etdiyi üçün gələcək “baş nazir” E.Mahmudov tərəfindən nazir vəzifəsi vəd edilən bəzi şəxslər bu gün qurban cildində maskalanaraq məsuliyyətdən yayına biliblər. Onların arasında E.Mahmudovun əleyhinə tənqidi bəyanatlar səsləndirən, onu “ifşa edən”  şəxslər də var ki, bu bəyanatlar həmin şəxslərin sabiq nazirin çətiri altında olduğu faktını pərdələməyə hesablanıb.

Mənbənin sözlərinə görə, E.Mahmudovla yanaşı çoxlu sayda qanunsuzluqlara imza atan bu şəxslərin arasında hazırda müxtəlif cinayətlərə yol verdiyi üçün həbsdə olanlar da var. Hansı ki, E.Mahmudov dönəmində müxtəlif dövlət qurumlarının rəhbərliyində təmsil olunan və sabiq nazirin saysız-hesabsız qanunsuz sifarişlərini yerinə yetirən bu şəxslər “MTN işi”nə görə deyil, dövlət əmlakını talama, səlahiyyət çərçivəsini aşma və s. maddələrə görə məhkum edilib. Bu isə onların daha az cinayətə görə cəzalanması və daha böyük qanunsuzluğa görə məsuliyyətdən yayınması deməkdir.

 

 

Həmçinin oxuyun

“Facebook” üzərindən videoyayım aparan mühacir azərbaycanlılara pul yığımında ermənilər də fəal iştirak edir

“Məlum olur ki, o adamlar elə Azərbaycanda da peşəkar dələduz olublar”. Bəllidir ki, sosial şəbəkələrin …

Bir cavab yazın