Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Dövlət Radiotezliklər İdarəsinin rəisi işdən çıxarıldı

Dövlət Radiotezliklər İdarəsinin rəisi işdən çıxarıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir kadr dəyişikliyi baş verib.

“APA-Economics”in əldə etdiyi məlumata görə, qurumun Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov işdən çıxarılıb.

Ə. Məmmədovun adının çəkilməsini istəməyən köməkçisi “APA-Economics”ə bildirib ki, məsələ ilə bağlı şərh vermək səlahiyyəti idarənin baş mühəndisi İlham Əfəndiyevə ötürülüb.

İ. Əfəndiyev isə bildirib ki, məsələ ilə bağlı şərh vermək səlahiyyətində deyil.

Nazirliyin mətbuat xidməti də məsələyə münasibət bildirməyib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın