Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Siyasət / Deputat və nazirlərimiz ruslara uduzdu – FUTBOL

Deputat və nazirlərimiz ruslara uduzdu – FUTBOL

Azərbaycanlı nazir, deputat və rəsmi şəxslərdən ibarət komanda rusiyalı həmkarları ilə futbol matçı keçirib. Apasport.az saytının məlumatına görə, “Dalğa Arena”da baş tutan oyunda qonaqlar bizim siyasilərdən ibarət komandanı mməğlub edib.

Şimal qonşularımızın qapımızdan keçirdiyi 6 qolun əvəzinə bizimkilər yalnız 2 qolla cavab verə biliblər.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində millət vəkilləri Fazil Mustafa, Adil Əliyev, Təhsil naziri Mikayıl Cabbarov, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, baş nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdüri Azər Əmiraslanov, AFFA-nın baş katibi Elxan Məmmədov, “Kəpəz” Futbol Klubunun baş məşqçisi Şahin Diniyev, futbol üzrə milli komandamızın baş məşqçisinin köməkçiləri Mahmud Qurbanov, Faiq Əzizov və digər bir sıra tanınmış siyasət və futbol adamları çıxış ediblər.

Təsəlli qollarımızdan birinə isə Şahin Diniyev imza atıb.

Onu da bildirək ki, Azərbaycan komandasının baş məşqçisi Vaqif Sadıqov olub.

Həmçinin oxuyun

“Azərbaycanı dəstəkləyirik, Ermənistanla isə sadəcə qonşuyuq” – İran deputatı

İranda yaşayan erməni diasporunun fəaliyyəti Tehran ilə Bakı arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə …

Bir cavab yazın