Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Əməkdar artistdən KVN-çilərə sərt sözlər

Əməkdar artistdən KVN-çilərə sərt sözlər

“KVN-çilər və televiziya aparıcıları özlərini aktyor sanıb, utanmadan aktyorların bostanına daş atırlar”.

Bu sözləri əməkdar artist Elman Rəfiyev telekanallarda bəzi aparıcı və KVN-çilərin aktyorların bostanına daş atması barədə Axar.az-a danışarkən deyib:

“Çox qəribə bir hal yaranıb. Televiziya aparıcıları və KVN-çilər özlərini aktyor sanıb utanmadan aktyorların bostanına daş atırlar. Ayıbdır, vallah. Bir el məsəli var: öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Siz gedin öz bostanınızdan qalaq-qalaq yığılmış daşları təmizləməklə məşğul olun və öz işinizlə məşğul olun, ay “aktyor”luq iddiasında olan xırda zərrəciklər! Hər kəs öz işi ilə məşğul olub, öz işinin kamil bilicisi olsaydı, nə yaxşı olardı, amma… Dünən bir telekanalda gördüm ki, aktyorların bostanına daş atırlar, əsəbiləşdim. Bütün televiziya aparıcıları aktyor olub, aktyorları bəyənmirlər. Bu, bütün televiziya kanallarına aiddir. Onda gəlin Mədəniyyət və İncəsənət Univertsitetinin “Aktyorluq” fakültəsini bağlayaq. Vallah, yenə deyirəm, ayıbdır”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın