Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Siyasət / Deputat seçicilərini Məşhəd ziyarətinə göndərdi

Deputat seçicilərini Məşhəd ziyarətinə göndərdi

Milli Məclisin deputatı, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev 30 nəfər seçicisini Məşhəd ziyarətinə göndərib.

Bu barədə Modern.az-a deputatın ofisindən məlumat verilib.

“Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət din siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində xalqımızın mənəvi və dini dəyərlərinə böyük ehtiram və sayğı ilə yanaşılır. Bu gün Azərbaycan dövlət-din münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin yüksək səviyyədə təşəkkül tapdığı və bununla bağlı müxtəlif qlobal forumların keçirildiyi bir məkana çevrilib.
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev millət vəkili kimi hər zaman öz fəaliyyətində dövlətimizin uğurlu din siyasətinə dəstək olmağa, xalqımızın milli dəyərlərinə və dini ənənələrinə hörmətlə yanaşmağa çalışıb və bu istiqamətlərdə əməli tədbirlərin həyata keçirilməsinə səy göstərib. Hörmətli dövlət başçımız tərəfindən 2017-ci ilin İslam Həmrəyliyi İli elan olunması kontekstində cari ilin mayın 12-də, məhz IV İslam Həmrəyliyi Oyunlarının açılışı günündə cənab Ağalar Vəliyevin bilavasitə təşəbbüsü və dəstəyi ilə 97 saylı Seçki Dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonlarının yaşayış məntəqələrindən 30 nəfər zəvvarın Məşhəd ziyarətinə yola salınması mərasimi keçirilib” – deputatın ofisindən bildirilib.

Məlumata görə mərasimdə deputatın ofisinin nümayəndələri və zəvvarlarla yanaşı Goranboy, Ağdam və Tərtər rayonlarının İcra hakimiyyətlərinin məsul işçiləri, ictimai təşkilatların rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Goranboy rayon Əmək və Müharibə Veteranları Şurasının sədri Adil Abbasov, Çernobıl Əlilləri Cəmiyyətinin sədri Namiq Məmmədov, Milli Qəhrəman Yunis Əliyevin həyat yoldaşı, zəvvar Pakizə Əliyeva, Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı, zəvvar Rübabə İsmayılova və başqaları mərasimdə çıxış edərək milli adət ənənələrimizə və dini dəyərlərimizə, xüsusilə şəhid ailələrinə və digər imtiyazlı təbəqədən olan insanlara göstərilən bu cür qayğıya və diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və zəvvarların Məşhəd ziyarətlərinə göndərilməsinin təşkilinə görə millət vəkilinə təşəkkür ediblər.

Mərasim bitdikdən sonra yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə zəvvarlar xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Məşhəd ziyarətinə yola salınıblar.

Deputatın ofisindən əlavə olaraq bildirilib ki, ötən illərdə olduğu kimi gələcəkdə də xeyirxahlıq missiyası daşıyan bu kimi xeyriyyə tədbirlərinin həyata keçirilməsi Ağalar Vəliyev tərəfindən davam etdiriləcək və cari ilin avqust ayında adı çəkilən rayonlardan 5 nəfər zəvvar Həcc ziyarətinə göndəriləcək.

Həmçinin oxuyun

Surət Hüseynov kimin agenti olub?

Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirin bu günlərdə 4 İyun Gəncə olaylarıyla bağlı  Azpolitika.info saytına …

Bir cavab yazın