Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Siyasət / Daha bir sənət bilicisi AzTV sədrini qeyri-peşəkar adlandırdı

Daha bir sənət bilicisi AzTV sədrini qeyri-peşəkar adlandırdı

İnterpress.az xəbər verir ki, Azərbaycanın görkəmli kino xadimi, respublika Dövlət mükafatı laureatı istedadlı rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov kino və müasir mədəniyyətimizin problemlərindən danışarkən bu sahədə təbliğatın da zəif və yarıtmaz olduğunu bildirib. O, tanınmış sənət adamlarının ekranlara buraxılmamasından danışarkən deyib ki, “hansısa Alışanov adlı televiziyaçılığa heç bir aidiyyatı olmayan bir adam dövlət televiziyasına rəhbərlik edir və dövlət mükafatı laureatını dövlətin televiziyasına buraxmır”.

Bir sira filmlərdə yaddaqalan obrazlar yaratmış sənət bilicisi moderator.az saytına müsahibəsində deylb ki, “ mən əməkdar incəsənət xadimiyəm və bu adı mənə prezident İlham Əliyev verib. Görün nə qədər antaqonizm, özbaşınalıq, Allahsızlıq, haqsızlıq-ədalətsizlik var ki, Alışanov adlı birisi hansısa qüvvələrin hesabına Şeyx Əbdül Mahmudbəyovu televiziyaya buraxmır. Bu çox gülməli işdir, hansı ki, mənim xidmətimin bir pərsəngi, zərrəsi belə ola bilməz, o kimdir ki?”. Görkəmli kino xadimi televiziya kimi strateji bir qurumu da nəzərdə tutaraq təəssüfləndiyini bildirib ki, indi bir çox sahələrə “qeyri-peşəkarlar, oturduğu vəzifəyə heç bir aidiyyatı olmayan şəxslər rəhbərlik edir”.

Həmçinin oxuyun

Əli Həsənov: “Mən Bakıdayam, amma həbs olunmamışam”

Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov həbs edilməsi barədə mediada …

Bir cavab yazın