Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Siyasət / “Dağlıq Qarabağ milli yox, qlobal münaqişədir”

“Dağlıq Qarabağ milli yox, qlobal münaqişədir”

ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında Dağlıq Qarabağ problemi və bu problemin mahiyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib. Partiya sədri bu münaqişənin bəzilərinin  üşündüyü kimi milli bir münaqişə olmadığını bildirib:

“Bu gün Minsk qrupunda ABŞ, Rusiya və Fransa vasitəçi kimi təmsil olunur. Əslində isə bu, hər üç dövlətin Qafqazdakı maraqlarını təmin etmələri üçün bir vasitədir. Bu vasitəni isə əldən buraxmaq istəmirlər. Çünki belə olsa, məqsədə çata bilməyəcəklər. Buna görə də Qarabağ problemi bizim düşündüyümüz kimi Azərbaycan-Ermənistan məsələsi deyil. Bu, qlobal bir məsələdir. Ona görə burada Minsk qrupu var. Dünyada bunun kimi yüzləlrə münaqişə mövcuddur. Lakin bunların heç biri ilə bağlı Minsk qrupu kimi qrup yaradılmayıb. Minsk qrupu ATƏT-in içindən çıxıb. Bu isə o deməkdir ki, bu münaqişənin həllində 56 dövlət maraqlıdır. 56 ölkənin maraqlı olduğu münaqişə necə milli münaqişə ola bilər? Deməli bu, qlobal münaqişədir. Bu, onu göstərir ki, Dağlıq Qarabağa regional münaqişə kimi baxmaq yanlışdır. Bu, ciddi qlobal münaqişədir”.

 

Həmçinin oxuyun

Elçibəy Kələkiyə getməsə idi, vətəndaş müharibəsi olacaqdımı?

26 il öncə bu günlərdə xalq arasında müzakirə olunan əsas  məsələ Azərbaycanın ikinci Prezidenti Əbülfəz …

Bir cavab yazın