Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi və etnoqrafik atlası hazırlanır

“Dədə Qorqud yurdu – Naxçıvan” tarixi və etnoqrafik atlası hazırlanır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2016-cı il üzrə iş planına uyğun olaraq “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi və etnoqrafik atlasının hazırlanması ilə əlaqədar AMEA-nın Naxçıvan Bölməsində elmi müzakirələr aparılıb.AZƏRTAC xəbər verir ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev “Kitabi-Dədə Qorqud” dastanında adı keçən çoxsaylı toponimlərin Naxçıvan ərazisində qeydə alındığını bildirib. Onun sözlərinə görə, bu, regionun qədim Oğuz yurdu olduğunu bir daha təsdiqləyir. Atlasda “Kitabi-Dədə Qorqud” dastanının Naxçıvanla bağlılığı dərindən araşdırılır.Naxçıvan Muxtar Respublikasının inzibati ərazisinə daxil olan 87 kəndə ekspedisiya təşkil olunub, 200-ə yaxın informatordan məlumatlar toplanıb, 100-dən çox informatorun şəxsi məlumatları artıq elektronlaşdırılıb. Bundan başqa, ekspedisiya zamanı “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən bir çox məişət əşyalarının rəsmləri çəkilib və haqlarında məlumatlar toplanılıb. Həmin məlumatlar atlasda yerləşdirilir.Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və başqaları mövzu ətrafında çıxış edərək fikirlərini bölüşüblər.Atlasın hazırlanması istiqamətində işlər davam etdirilir. Atlas ilin sonuna qədər nəşr olunacaq.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın