Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Cavid Qurbanov: “Hər kəs öz cəzasını alacaq”

Cavid Qurbanov: “Hər kəs öz cəzasını alacaq”

Cəzanın geci-tezi var. Hər kəs öz cəzasını nə zamansa alır və alacaq. 

 

Azinforum.az  xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov dəmiryol sahəsinə ayrılan vəsaitlərin düzgün sərf olunmaması haqda danışarkən deyib.

 

C.Qurbanov Musavat.com-a müsahibəsində bildirib ki, bu işlə kimsə məşğuldur: “Lazım gələndə, vaxtı çatanda cəzalandırma ilə məşğul olacaq”.

 

Onun sözlərinə görə, nazirliklər əsasən dövlətin onlara tapşırdığı siyasətlə məşğul olmalıdır: “Tutaq ki, Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat siyasəti ilə məşğul olmalıdır.

 

Amma çox vaxt bizim nazirliklər və məmurlarımız öz sahəsi üzrə olan siyasətlə təsərrüfat fəaliyyətini qarışdırırlar. Hesab edirəm ki, ümumiyyətlə, nazirliklər daha çox dövlətin o sahə üzrə siyasətini yerinə yetirməlidir.

 

Ona görə də belə qərar qəbul olundu ki, iqtisadiyyatın böhranlı günlərində daha çox operativliyi, çevikliyi təmin etmək, cəld qərarlar qəbul etmək üçün təsərrüfat subyektlərinə sərbəstlik verilsin. Qonşu Gürcüstanda, Rusiyada, Qazaxıstanda da belədir”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın