Ana səhifə / Köşə Yazarları / Nizami Rayon İcra Hakimiyyəti və KİVDF jurnalistləri mükafatlandırdı – FOTOLAR

Nizami Rayon İcra Hakimiyyəti və KİVDF jurnalistləri mükafatlandırdı – FOTOLAR

Bu gün Nizami Rayon İcra Hakimiyyətində 2015-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə həmçinin Nizami Rayon İcra Hakimiyyətinin, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ilə birgə təşkil etdiyi “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri də elan olunub. Movqe.az xəbər verir ki, Nizami RİH-də baş tutan tədbirdə öncə Nizami rayonunda ötən ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş qısa metrajlı filim nümayiş olunub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Arif Qasımov, Prezident Adminstrasiyasının məsul işçisi Tağı Tağıyev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, rayon ictimaiyyəti, media rəhbərləri və jurnalistlər iştirak edib. Tədbir iştirakçılarını salamlayan rayon icra başçısı Arif Qasımov ötən ilin sosial-iqtisadi yekunlarına dair qısa məruzə ilə çıxış edib. İcra başçısı ölkədə inkişafdan, rayonda aparılan abadlıq-quruculuq işlərindən danışıb. Daha sonra söz Nizami rayonundan seçilən millət vəkillərinə verilib.
Çıxış edən Sədaqət Vəliyeva ötən il ölkədə görülən işlərin yüksək qiymətləndirildiyini, manatın devalivasiyasından sonra yaranan inamsızlığın cənab Prezident İlham Əliyevin çıxışından sonra dəf olunduğunu söyləyib: “Nazirlər Kabinetinin ilin yekunlarına dair iclasında ölkə başçısının çıxışı, qarşıya qoyduğu vəzifələr və bunun əməli işdə sübutu bir daha göstərdi ki, biz öz Prezidentimizə inanmalıyıq”.
Deputat Rasim Musabəyov da öz çıxışında ölkədə inkişafın göz qabağında olduğunu, bunu danılmaz fakt olduğunu qeyd etdi. R. Musabəyov Azərbaycanın nüfuzunun günü-gündən artığını, digər MDB ölkələri ilə müqayisədə ölkəmizdə daha çox beynəlxalq tədbirlərin keçirildiyini dilə gətirib. R. Musabəyov deyib ki, manatın devalivasiyasından sonra ölkədə böhran olduğu barədə deyilənlər həqiqəti əks etdirmir: “Bu məsələdə də müqayisəli yanaşmaq lazımdır. Baxın Yunanıstana, bu dövlət 7 ildirböhrandan çıxa bilmir. Pensiya yaşı necə gəldi artırılır və sair. Bizdə isə böhran əlamətləri hiss olunmur. Ölkə başçısı manatın devalivasiyasından sonra yaranan bəzi problemləri aradan qaldırmaq, təsirin azalması üçün səylə çalışır”.
Prezident Adminstrasiyasının məsul işçisi Tağı Tağıyev isə çıxışında ölkədə ötən il ərzində görülən işlər, aparılan islahatları qısa olaraq tıdbir iştirakçılarının diqqətinə çatdırıb: “Mən öncə qısa olaraq cənab Prezidentin qeyd olunduğu kimi, 10 yanvar 2016-cı ildə ötən il ölkədə görülən işlər haqqında Nazirlər Kabinetinin geniş iclasında qarşıya qoyduğu tapşırıqlar və il ərzində hörmətli Prezidentin rəhbərliyi altında görülmüş işlər barədə qısa məlumat vermək istəyirəm. Hesabat ilində ölkəmizdə ÜDM-nin həcmi 1,1 faiz, sənaye istehsalı 2,4 faiz, kənd təsərrüfatı 6, 6 faiz, qeyri neft sənayesi isə 8,4 faiz artıb. İqtisadi böhranın daha da dərinləşdiyi və olduqca azalan valyuta gəlirləri şəraitində 2-15-ci ildə də bütün social proqramlar icra olunub. Həmin məqsədə büdcə xərclərinin 32,1 faizi və ya 5 milyard 752 milyon manatı yönəldilmişdir ki, bud a 2014-cü illə müqayisdə 5 faiz çoxdur. Dövlət büdcəsindən təhsil xərclərinə 1 milyard 605 milyon, səhiyyə xərclərinə 708 milyon manat və yaxud 2014-cü illə müqayisədə 3,3 faizə və 6,4 fazi vəsait sırf olunub. Hesabat ilində sahibkarlığın inkişafı diqqətdə saxlanılıb, əsassız yoxlamalar iki il müddətinə dayandırılıb, xüsusi razılıq tələb olunan sahibkarlıq fəaliyəti növləri 59-dan 37 dək azaldılıb. Ötən il 5243 sahibkara 249 milyon manat məbləğində güzəştli kredit verilib. Kənd təsərüfatı istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyini verilməsi işləri davam etdirilib. Korrupsiya və rüşvətxorluğun qarşısının alınması, əhalinin problemlərinin operativ həlli məqsədilə yaradılmış 9 ASAN Xidmət Mərkəzinə iki il ərazində 30 sahəni əhatə edən məsələlərlə bağlı 7 milyondan çox müraciət olub ki, həmin müraciətlər müsbət həllini tapıb”.
Tağı Tağıyev Nizami RİH ilə KİVDf-nin birgə təşkil etdiyi müsabiqənin də vacib olduğunu söyləyib. O,qeyd edib ki, rayonda aparılan işlər, problemlər mətbuatda yer almalı, görülən işlər jurnalistlər tərəfindən analiz edilməlidir.
Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. V. Səfərli bildirib ki, Nizami RİH ilə KİVDF-nin müsabiqə təşkil etməsi artıq ənənə halını alıb. İndiyədək dörd belə müsabiqə keçirildiyini deyən V. Səfərli həmin müsabiqələrin mükafatlandırma mərasimlərinin üçünün illik hesabata təsadüf etdiyini diqqətə çatdırıb. 2015-ci ilin mühüm hadisələrlə yadda qalan il olduğunu deyən V. Səfərli media üçün də bu ilin əlamətdar hadisələrlə yadda qaldığını söyləyib. Onun sözlərinə görə, ötən il Milli Mətbuatın yubiley tədbirlərinin regionlarda, paytaxtda keçirildiyini, ölkə başçısının sərəncamı ilə, 180 nəfər media işçisinin fəxri adlar, ordenlərlə təltif olunduğunu bildirib. Bunun ölkə başçısının media işçilərinə verdiyi qiymət olduğunu söyləyən V. Səfərli hazırda dünyada müşahidə olunan böhrana da diqqət çəkib. Fondun icraçı direktoru deyib ki, böhran təkcə ölkəmizdə yox, dünyada müşahidə olunur: “Əvvəl bu böhranı birbaşa neftlə bağlayırdılar. Amma sonra göründü ki, nefti olmayan ölkələr də bu böhranı yaşayır. Ölkə başçısı da qeyd etdi ki, bu bir iqtisadi yox, dünyada gedən siyasi böhrandır. Artıq bu böhranın təsirini azaltmaq üçün regionlarda yeni iş yerlərinin açılması istiqamətində işlər aparılır. Bu  gün medianın da üzərinə mühüm iş düşür.Mətbuat bu sahədə diqqətli olmalı, aparılan islahatları dolğun şəkildə ictimaiyyətə çatdırmalıdır. Media ictimai rəyin formalaşmasında aparıcı vasitədir. Hər bir informasiyanı yaymazda öncə diqqətli olmaq lazımdır”.
V. Səfərli müsabiqənin keçirilməsindən danışaraq qeyd etdi ki,   müsabiqənin keçirilməsinin məqsədi, Nizami rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi daşıyır. Ötən ilin noyabr ayının 25-dən başlayan müsabiqə, bu ilin yanvar ayının 21-də başa çatıb. Müsabiqəyə 27 KİV-dən 48 yazı təqdim edilib. Müsabiqədə 6 nəfər əsas , 10 nəfər həvəsləndirici mükafata layiq görülüb”.
Daha sonra qalib jurnalistlər mükafatlandırılıb.
Tədbirdə fərqlənən təhsil müəssisələri qiymətli hədiyyələrlə mükafatlandırıldı.  Hesabat yığıncağının sonunda ölkə başçısına müraciət qəbul olundu.

 






Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın