Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Cahangir Hacıyevin Çexiyadakı mülkü və Britaniya pasportu daşıyan xanımı

Cahangir Hacıyevin Çexiyadakı mülkü və Britaniya pasportu daşıyan xanımı

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin barəsində qiyabi həbs qərarı çıxarılmış və beynəlxalq axtarışa verilmiş xanımı Zamirə Hacıyevanın adına xaricdə çoxsaylı mülklər var. “Azadlıq” qəzeti belə mülklərdən birinin fotosunu dərc edib. Mülk Çexiyanın Çeske Budojeviç şəhərində yerləşir, 4 mərtəbəlidir və lüks məhəllədə yerləşməklə bazar dəyəri 4 milyon dollardan artıqdır. Hərçənd ki, qəzet göstərilən mülkün Cahangir Hacıyevə və ya xanımına məxsusluğunu təsdiq edən sənəd göstərməyib.

Xəbər verildiyi kimi Nərminaov rayon məhkəməsi Zamirə Hacıyevanın barəsində iyunun 1-də həbs qərarı çıxarıb. Məhkəmənin qərarında deyilir ki, Zamirə Hacıyeva ərinin təşkil etdiyi mütəşəkkil qruplaşmanın tərkibində 2009-cu ildən 2015-ci ilin iyun ayına qədər 10 ədəd kredit kartı vasitəsilə Beynəlxalq Bankın filiallarından üst-üstə 18 milyon manatdan çox (o vaxtkı məzənnə ilə) vəsaiti faizsiz kredit adı altında götürüb və dəbdbəli istirahətə, restoranlara, səyahətə, gözəllik salonlarına və s. xərcləyib. Bir sözlə, o, dövlətə məxsus banka ərinin pul qabı kimi yanaşıb. Qərarda göstərilir ki, Z.Hacıyeva 2014-cü ildə ölkəni London istiqamətində tərk edib.

Lakin Zamirə Hacıyevanın barəsində çıxarılmış qərar formal xarakter daşıyır. Çünki Cahangir Hacıyevin vəkili Aqil Layıcovun dediyinə görə Zamirə Hacıyeva 10 ildən artıq xaricdə yaşayır, xarici ölkə vətəndaşıdır və onun ekstradisiyası, istintaqa cəlb olunması mümkün deyil.

Belə görünür ki, Cahangir Hacıyev Beynəlxalq Bankdan çıxardığı pulları xarici ölkə pasportu daşıyan xanımının adına aldığı mülklərə yatırıb və ya hesablara yerləşdirib. Bu halda bankın pullarını geri qaytarmaq doğrudan da çətin məsələdir. Z.Hacıyeva Britaniya vətəndaşıdır və bu vətəndaşlığı almaqda da görünür ona Londonda mülk sahibi olması kömək edib.

Xatırladaq ki, Z.Hacıyeva 2000-ci illərin əvvəllərində Hacı Məmmədovun bandası tərəfindən oğurlanmışdı və onun azad edilməsi üçün qanqsterlər 2 milyon manat tələb edirdilər. Lakin Hacı Məmmədovun bandası ələ keçdiyinə görə bu əməliyyat yarımçıq qaldı.

 

Həmçinin oxuyun

“Qorbaçova dedim ki, bunun öhdəsindən gələ bilmərəm. Ancaq o hər şeyi məhv etdi”

“1990-cı ilin yanvarında Bakıya qoşun yeritmək barədə qərar olmayıb. Yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə …

Bir cavab yazın