Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Bütün polis ailələrini xüsusi mühafizə altına almaq mümkün deyil”

“Bütün polis ailələrini xüsusi mühafizə altına almaq mümkün deyil”

Mahmud Hacıyev: “Bu, praktiki baxımdan imkansızdır”

Türkiyənin “Milliyyət” qəzetinin verdiyi məlumata görə, İŞİD Azərbaycanda polis əməkdaşları və onların ailələrinə qarşı hücumlar planlaşdırır.

Maraqlıdır, ehtimal edilən İŞİD təhlükəsindən sığortalanmaq üçün poli ailələrinin xüsusi mühafizə altına alınması mümkündürmü?

Məsələ ilə bağlıModerator.az-a açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev bunun mümkün olmadığını qeyd edib:

“Bütün polis ailələrini xüsusi mühafizə altına almaq mümkün deyil. Çünki ölkədə on minlərlə polis ailəsi mövcuddur və onların hər birinə mühafizə ayırmaq praktiki baxımdan imkansızdır. Başqa sözlə desək, bu gün ölkədə təxminən 100 min polis varsa, onların 50 mini ailəlidir. 50 min ailənin təhlükəsizliyi üçün ayrıca mühafizə ayırmaq mümkünsüzdür. Bu səbəbdən də, ehtimal edilən İŞİD təhlükəsinə qarşı alternativ təhlükəsizlik tədbirlərindən istifadə edilməlidir”.

 

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın