Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Bu il Azərbaycanda qız uşaqlarına verilən adlar (SİYAHI)

Bu il Azərbaycanda qız uşaqlarına verilən adlar (SİYAHI)

Azərbaycanda yeni doğulan körpələrə qoyulan adlar arasında qız uşaqlarına daha yaradıcı, fərqli adlar verilməyə başlanılıb.

“Report” Ədliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin yanvar ayı ərzində oğlan uşaqlarına qoyulan adlar arasında nisbətən fərqli olan Raul (24), Fateh (14), Onur (12) kimi adlar qoyulub.

Oğlan uşaqlarına əsasən, bütün zamanlarda daha çox verilən adlar verilir.

Qız uşaqlarına verilən adların siyhasında isə yaradıcı, yeni adlar daha yer alıb.

Belə ki, yanvar ayı ərzində Azərbaycanda doğulan 5 qıza Milana, 14 qıza Miray, 20 qıza isə, Nilay adı verilib.

Bundan başqa yanvar ayında qız uşaqlarına qoyulan adların siyahısında Nur (21), Banu (37), Aysu (32), Əsma (26), Damla (18), Əsnad (13), Duyğu (12), Mehin (11), Sevgi (11), Məsumə (11), Elif (8), Safiya (7), Sofiya (7), İlknur (6), Nihan (6), Selin (6), Səmra (6), Emiliya (5), Emilya (5) kimi adlar yer alıb.

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …

Bir cavab yazın