Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Siyasət / Bu gün Azər Qaramanlının doğum günüdür

Bu gün Azər Qaramanlının doğum günüdür

Bu gün “Poliqon” İnformasiya Agentliyinin (PİA.AZ) baş redaktoru, tanınmış araşdırmaçı-jurnalist Azər Qaramanlının 49 yaşı tamam olur.
Azər Qaramanlı 1966-cı il iyulun 13-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. 2007-ci ilin sonlarında mətbuatdan getsə də, “Milli Yol” qəzetinin və “Poliqon” İnformasiya Agentliyinin (PİA.AZ)baş redaktoru, qardaşı Şahin Ağabəylinin vəfatından sonra yenidən jurnalistikaya qayıdaraq onun rəhbəri olduğu media orqanlarına, daha doğrusu, onun əmanətinə sahib çıxdı.  Onun Bakıya qayıdışı ilə “Milli Yol” qəzeti və PİA.AZ saytının  fəaliyyəti davam etdi. Bu, Şahinə, onun getdiyi milli yola ən böyük sədaqət və sayğı idi…
Təəssüflər olsun ki, bir müddət sonra “Milli Yol” qəzetinin nəşri dayandı, amma PİA.AZ-ın fəaliyyəti bu gün də davam edir. Azər Qaramanlı təkcə jurnalist kimi deyil, həm də yazar kimi maraqlı imzadır. Onun publisistik yaradıcılığı ilə yanaşı, bədii yaradıcılığı da özünəməxsusluğu ilə seçilir.
Baş redaktoru doğum günü münasibətilə PİA.AZ kollektivi ilə yanaşı, həmkarları da ürəkdən təbrik edir. Ona möhkəm cansağlığı, şəxsi həyatında və ictimai fəaliyyətində uğurlar arzulayırlar.
“Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər:
“Bu gün hamımız mətbuatda və cəmiyyətdə dəyərlərin itməsindən danışırıq. Hamımızın narazı olduğu məqam Koroğlunun dediyi kimi “silah çıxdı, mərdlik qalmadı”dır. İnternet əsrində – dəyərlərin deqredasiyaya uğradığı bir zamanda Azər Qaramanlı kimi insanların varlığı insana ümid verir. Dəyərləri qoruyan, onların itməsinə izn verməyən, tək qalsa belə qarşısına qoyduğu hədəfdən yayınmayan, ancaq hədəfə halal yollarla gedən həmkarımızdır Azər Qaramanlı. Hərdən yaşına rəğmən çılğına dönür. Çünki haqsızlığa qarşı dözümsüzdür. Azəri Azərbaycandakı baş redaktorların çoxundan fərqləndirən onun qələminin olmasıdır. Azər yaza bilir. Nə qədər qəribə səslənsə də, mətbuatımızın ən böyük problemlərindən biri budur. Azər jurnalistikaya töhfəsini verir. Bu gün aparıcı saytlarda çalışan bir çox həmkarımız məhz Azər Qaramanlı məktəbinin məzunudurlar. Azəri mətbuatda yeni sananlar yanılırlar. Çünki 2003-2005-ci illərdə Azər öz adı və təxəllüsləri ilə rəhmətlik Şahin Ağabəylinin baş redaktor olduğu “Milli Yol” qəzetində hamıdan çox yazırdı. Hamıdan məhsuldar idi. Çox əməkdaş Bakının mərkəzində ola-ola bir səhifə yazı yazanda, Azər rayondan gündəlik 2-3 səhifə yazı göndərirdi. Həm də o zamanlar rayonda internet belə yox idi, hər gün yazı avtobusla gəlirdi. Azər çox məhsuldardır, çox çalışqandır. Deyəcəksiniz ki, eyibi yoxdurmu? Var. Ancaq yubilyarın eyibi nə zaman söylənib ki, indi biz o ənənəni pozaq?! Ancaq qısa da olsa deyək ki, Azərin ən böyük eyibi hər kəsə özü kimi yanaşmağıdır. Ad günün mübarək, qoca adam!”.
PİA.AZ saytının müxbiri Nərminə Umudlu:
“Azər müəllim deyəndə xəyalımda canlanan obraz- səmimi, açıqsözlü, hamını və hər şeyi başa düşən bir insan… Doğum gününüz mübarək! Arzu edirəm ki, gələn hər iliniz ötən illərdən qat-qat uğurlu olsun. Hər bir çətinlikdeən, həyatın hər bir sınağından asanlıqla,səbrlə,alnıaçıq və mənəvi cəhətdən çox güclü çıxasınız. Ulu Tanrı ömrünüzə ömür,sevincinizə sevinc qatsın. Ömrünüzün yeni səhifəsinə gözəl və mənalı  hekayələr yazmaq diləyi ilə…”
PİA.AZ-ın əməkdaşı Tural Aslanlı:
“Azər Qaramanlı həm yaxşı dost, yaxşı iş yoldaşı, həm də sirr  yoldaşıdır. Azər Qaramanlıya ən böyük arzum odur ki, yaxın gələcəkdə  özü üçün, ailəsi üçün, PİA.AZ üçün, Azərbaycan üçün, Türk Milləti üçün arzuladığı bütün arzuları həyata keçsin.  İnanıram ki, onun arzuları gec-tez həyata keçəcək.Təbrik edirəm Azər Qaramanlı, yaxşı dost!”
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı:
“Azər Qaramanlını gözəl insan, məsuliyyətli vətəndaş, peşəkar qələm sahibi kimi tanıyıram. Azər bəy dostluqda möhkəm, münasibətlərdə dəqiq və diqqətli bir insandır. Onu doğum günü münasibətilə təbrik edir, şəxsi və iş həyatında bol-bol uğurlar diləyirəm!”
PİA.AZ saytının redaktoru Gülyanaq Ağayeva:
“Böyük ürəyə sahib Azər müəllim, bu gün ömrünüzün 50-ci baharına qədəm qoyursunuz. Sizi ürəkdən təbrik edirəm. Allahdan sizə xeyirli və gözəl ömür diləyirəm. Yaxşı ki, sizi tanımışam. Yaxşı ki, iş həyatına məhz sizin yanınızda başlamışam. Sizin dəstəyiniz , anlayışınız olmasaydı yəqin ki, məndə alınmayacaqdı. Gözəl kollektiv, rahat iş ortamı, qayğınız və hər şey üçün təşəkkür edirəm. Siz ən gözəl sözlərə, təbriklərə layiqsiniz. Ad gününüz mübarək, gözəl insan!”
Pressing.az-ın redaktoru Daşqın Əziz:
“Azər müəllimi tanıdığıma çox sevindim. Belə gülərüz, sadə, diqqətcil bir insanla işlədiyimə görə çox şadam. Çox ünsiyyətcil, zarafatcıl, mehriban, işgüzar və nəhayətində kollektivin qeydinə qalan bir insandır Azər müəllim. Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edir, şəxsi həyatınızda və işlərinizdə uğur arzu edirəm! Hər zaman “Poliqon”un komandiri olaraq qalasınız”.
PİA.AZ saytının müxbiri Gülşən Şərif:
“Bəzi insanlar var ki, onlar barəsində çəkinmədən “qazandığım insan”lardan biridir demək olur. Azər müəllim bu cür insanlardan biridir. Qarşısındakı insanın kimliyindən asılı olmayaraq hər zaman  anlayışlı, təmkinli davranan insandır. Kollektivimizdə gənclər çoxdur. Azər müəllim böyüyümüz olduğu halda yeri gələndə bizimlə həmyaşıd kimi olmağı da bacarır. Deyərdim ki, həm də jurnalistikadakı gənclərin uğurlar qazanması üçün bacardığı köməkliyi əsirgəməyən insanlardan biridir. Bir dəfə Azər müəllim kollektivimiz barədə demişdi ki, “Biz bir ailəyik”.  Bu gün isə PİA.AZ ailəmizin böyüyünün doğum günüdür. Azər müəllimi ad günü  münasibətilə təbrik edirəm. Allah sizi hər zaman qorusun. Hədəfinizdə olan arzularınıza çatmağınızı, övladlarınızın xeyir işlərini görməyinizi arzulayıram. Insan üçün ən önəmlisi can sağlığıdır. Can sağ olarsa, insan istədiyi hədəfə çata bilər. Canınız hər zaman sağ olsun”.

 

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …

Bir cavab yazın