Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / “Bu dəhşətli hadisədən çox hiddətlənirik” – Zakir Həsənovdan türk həmkarına mesaj

“Bu dəhşətli hadisədən çox hiddətlənirik” – Zakir Həsənovdan türk həmkarına mesaj

Müdafiə naziri Zakir Həsənov Türkiyənin Kayseri şəhərində hərbi qulluqçuları daşıyan avtobusun partladılması nəticəsində həlak olan və yaralananlarla bağlı Türkiyə milli müdafiə naziri Fikri İşıka və Baş Qərargah rəisi Hulusi Akara başsağlığı ünvanlayıb.
Mia.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, z. Həsənov qardaş Türkiyənin Kayseri şəhərində baş vermiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbərin onu dərindən kədərləndirdiyini bildirib.
Müdafiə naziri qeyd edib ki, bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik: “Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin”.

Həmçinin oxuyun

Ermənistanda bu dəfə əks-kəşfiyyat şöbəsinin rəisi işdən çıxarıldı

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub …

Bir cavab yazın