Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Britaniya sürətlə “ərəbləşir”

Britaniya sürətlə “ərəbləşir”

Dumanlı Albionun dil və mədəniyyətini yayan və təbliğ edən Britaniya Şurasının apardığı tədqiqat nəticəsində ərəb dilinin ölkədə ispan dilindən sonra ikinci mühüm xarici dil olduğu bəlli olub.

“The İndependent” qəzeti yzır ki, bütün dünya boyunca, xüsusilə də Yaxın Şərq və Şimali Afrikada 300 min adam ərəbcə danışır.

Britaniyanın orta məktəblərində indiyədək ikinci xarici dil kimi fransız, alman və ispan dilləri keçilir.

Lakin hazırda Britaniya Şurasının layihəsi çərçivəsində ölkə boyunca bir neçə məktəbdə ərəb dili cxarici dil kimi tədris planına daxil edilib.

“Azadlıq radiosu” bildirir ki, söhbət Belfast, Şeffild, Mançester və London kimi şəhərlərin orta məktəblərindən gedir.

Ərəb dili 2016-cı ildən Britaniya buraxılış imtahanları siyahısına daxil ediləcək.

Britaniya Şurası sentyabr ayında 5 minədək ibtitadi məktəbə ərəb dilinə və mədəniyyətinə aid tədris vasitələri göndərəcək.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın