Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / “Böhrandan əziyyət çəkənlər elə millət vəkillərini də söyür”

“Böhrandan əziyyət çəkənlər elə millət vəkillərini də söyür”

“Prezidentin dünənki çıxışına qədər xalqda inam yox idi. Amma çıxışından sonra əhalidə inam yaranıb. Bununla belə düşünürəm ki, böhrandan çıxış prosesini bu iqtisadi blok həll edə bilməyəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa parlamentin növbədənkənar iclasında səsləndirib. O qeyd edib ki, kiminsə şəxsiyyətinə söz demək kimi fikri yoxdur: “Bu iqtisadi blokda təmsil olunan hər kəs iqtisadiyyatın inkişafında müəyyən rol oynayıb. Amma problemlərin çıxış yolu iqtisadi blokun yenilənməsindədir. İlk növbədə, sərt inzibati tədbirlər görülməlidir. Bütün qapıları xarici investisiya layihələrinə açmaq lazımdır. Bankların etibarlılığı təmin olunmalıdır. İdxal-ixrac əməliyyatlarında şəffaflıq təmin edilməlidir. Azərbaycanda olan ideoloji statistikadan qurtulmaq lazımdır”.

O qeyd edib ki, böhranla əlaqədar ölkədə hər gün 400-500 adam işsiz qalır: “Bunlar gələcəkdə ac insanlar olacaq və dövlətə qarşı təxribatlar törətmək istəyənlər bu insanlardan istifadə edəcək. Eyni zamanda xarici bankların burada açılmasına imkan verməliyik. Bəlkə, onlar az faizli kreditləri əhaliyə təklif edərlər. Bu gün böhrandan əziyyət çəkənlər sözlərini təkcə iqtisadi komanadaya demirlər. Onlar elə millət vəkillərini də söyürlər. Ona görə parlament də yaranmış vəziyyətdən çıxış yolu ilə bağlı təşəbbüskarlıq göstərməlidir”.

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın