Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Bir həftə davam edəcək maqnit qasırğaları başlayır

Bir həftə davam edəcək maqnit qasırğaları başlayır

Sabahdan etibarən Yer kürəsində maqnit qasırğaları gözlənilir.

Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, 1 həftə davam edəcək qasırğanın gücü zəif olacaq.

Onun sözlərinə görə, maqnit qasırğalarının gücü J1-dən J9-a qədərdir: “Yaxın günlərdə müşahidə ediləcək maqnit qasırğaları J1 gücündə olan zəif qasırğalar olacaq.

Maqnit qasırğası sabahdan başlayır və mayın 18-dək davam edəcək. Maqnit qasırğaları müəyyən fasilələrlə olacaq, bir müddət davam edəndən sonra səviyyəsi aşağı düşəcək və mayın 17-18-də sonuncusu müşahidə ediləcək. Bununla da, maqnit qasırğaları başa çatacaq. Onların hamısı zəif qasırğadır və insanlara ciddi təsiri olmayacaq”.

N. Cəlilov əlavə edib ki, maqnit qasırğaları Günəşdə 3 gün öncə baş verən alışmaların nəticəsidir: “Günəş diskinin ortasında alışmalar baş verib, ayrılan plazma axını yerə doğru yönəlib. Bunun da nəticəsində sabahdan etibarən Yerdə maqnit qasırğaları gözənilir”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın