Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bakının elit pivə barı da bağlandı

Bakının elit pivə barı da bağlandı

Bakıda 1998-ci ildən fəaliyyət göstərən məşhur irland pivə barı Finnegan’s fəaliyyətini dayandırdığını elan edib.

Virtualaz.org xəbər verir ki, bu haqda barın Facebook səhifəsində məlumat verilir. “Əziz dostlar, 17 il işlədikdən sonra biz fəaliyyətimizi dayandırmalı olduq”- barın administrasiyası elanda bildirir.

Finnegan’s pivə barı Bakının ən bahalı və elit pablarından biri hesab edilirdi. Finnegan’s pabını Azərbaycana gətirən isə 90-cı illərin ortalarında BP başda olmaqla xarici neft şirkətləri ilə bağlanan “Əsrin müqaviləsi” olmuşdu. Bu müqavilə çərçivəsində Azərbaycanda fəaliyyətə başlayan Qərb neft şirkətləri Bakıda öz ofislərini açırdılar və “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən layihələrdə işləmək üçün minlərlə ingilis, irland, şotland neft işçiləri ölkəyə axışırdı.

Bunlar bir qayda olaraq 10-15 min dollar maaş alan mühəndislər və on minlərlə dollar maaş alan menecerlər idi. Lakin həmin vaxtlar xaricilər üçün Bakıda neft dollarlarını xərcləyib əylənməyə yerlər az idi və belə bir vaxtda İrlandiyanın Finnegan’s pablar şəbəkəsi Azərbaycan paytaxtının mərkəzində özünün pivə-barını açdı. Həmin vaxtdan pab müştəri sarıdan qətiyyən qıtlıq çəkmirdi, orada məxusi olaraq İrlandiyadan və digər ölkələrdən gətirilmiş məşhur markalardan pivələr satılırdı. Müştərilər canlı musiqinin sədaları altında çəlləkləri boşaldırdılar. İndi isə görünür neftin ucuzlaşması Finnegan’s pabını da Azərbaycanı tərk etməyə məcbur edib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın