Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Bakıda yol polisinin iştirakı ilə ağır qəza: 9 yaralı

Bakıda yol polisinin iştirakı ilə ağır qəza: 9 yaralı

Bakıda yol polisi maşını sərnişin avtobusu ilə toqquşub. Avtosfer.az milli.az-a istinadən xəbər veri ki, Nəsimi rayonu Vaqif və C.Hacıbəyli küçələrinin kəsişməsində 28 yaşlı, Yol Patrul Xidmətinin əməkdaşı Rüfət Ağayevin idarə etdiyi BMW markalı maşın Mərahim Şahbazovun idarə etdiyi 17 saylı sərnişin daşıyan avtobusla toqquşub.

Qəza zamanı polis kiçik serjantı R.Ağayev ağır xəsarətlə DİN-in hospitalına yerləşdirilib. Avtobusun sürücüsü M.Şahbazov, sərnişinlər – 57 yaşlı Zərifə Yahyayeva, 50 yaşlı Aybəniz Bəkirova, 28 yaşlı İlahə İdrisova, 47 yaşlı Elmina Sarıyeva, 49 yaşlı Novruz Məmmədov, 24 yaşlı Mövlan Səlimzadə, 22 yaşlı Orxan Ağazadə xəsarət alıblar.
Araşdırma aparılır.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın