Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Bakıda prokuror özünün biznes şərikini həbs etdirdi – QALMAQAL

Bakıda prokuror özünün biznes şərikini həbs etdirdi – QALMAQAL

Tanınmış vəkil Adəm Məmmədov daha bir səs-küylü cinayət işi üzrə müqavilə bağlayıb.

Azinforum.az saytı xəbər verir ki, hüquqşünas bu barədə açıqlama verərək, işin Bakı şəhərində yerləşən prokurorlardan birinin şəxsi marağı ilə bağlı olduğunu qeyd edib:

“Araşdırma zamanı müəyyən olundu ki, hüquqlarını müdafiə etdiyim şəxsin həbs edilməsinə səbəb, Bakı şəhərində yerləşən rayon prokurorlarından birinin şəxsi marağı olub.

Belə ki, müvəkkilim sözügedən prokurorla biznes şərikliyində olub. Şərikli biznes (neft alqı-satqısı) baş tutmadığından müvəkkilim prokurora verdiyi külli miqdarda pulu tələb etdikdə Ələddin Qəhrəmanov sifarişli həbsə məruz qalıb”.

A.Məmmədov bildirib ki, həmin prokurorun müvəkkilinin külli miqdarda pulunu aldadaraq, ələ keçirməsi barədə video və səs yazıları mövcuddur:

“Tezliklə bu barədə geniş açıqlama veriləcək”.

Həmçinin oxuyun

Lavrov Qarabağdakı sülhməramlılara status istəyir – ŞƏRH

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. XİN …

Bir cavab yazın