Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bakıda mollalar arasında dava düşdü

Bakıda mollalar arasında dava düşdü

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində mollalar arasında əlbəyaxa dava düşüb.

BAKU.WS-in məlumatına görə, hadisə qəsəbədəki “20 Yanvar” parkında baş verib. Parkda iki yaşlı kişi dincələn zaman onlara digər bir yaşlı adam da qoşulub. Söhbət zamanı məlum olub ki, kişilərdən ikisi molladır.

Onların sözü isə Biləcəri qəsəbəsində düşmüş yası aparmaq üstündə çəpləşib. Ətrafdakı insanlar yaşlı kişiləri çətinliklə ayırıblar. Bir qədər sakitləşəndən sonra isə yaşlı mollalar yenidən əlbəyaxa olublar. Ətrafda olan insanlar mollaları müxtəlif istiqamətlərə apararaq vəziyyəti sabitləşdiriblər.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın