Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Bakıda kafe yandı

Bakıda kafe yandı

Bakı şəhərindəki kafelərdən birində yanğın baş verib.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan “Səma” kafesinin mətbəxində qeydə alınıb.

Qaz balonunun alışması nəticəsində mətbəxin lambrindən ibarət tavan 10 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın