Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Bakıda ilk 50 mərtəbəli göydələnin tikintisinə icazə verildi

Bakıda ilk 50 mərtəbəli göydələnin tikintisinə icazə verildi

Azinforum.az “Turan”a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti “Azinko Holding” MMC-yə və “Azvil Tikinti” MMC-yə Bakıda yeni biznes mərkəzi tikməyə icazə verib.

Layihənin icrası üçün paytaxtın Heydər Əliyev prospekti, 109 ünvanında 1 hektar sahə ayrılıb. Bina 50 mərtəbədən ibarət olacaq. Bununla da, biznes mərkəzi hündürlüyünə görə Bakının hazırda ən yüksək binası olan “Flame Towers” (“Alov qüllələri”) kompleksini geridə qoyacaq.

39 mərtəbəli bu kompleksi 2007-2012-ci illərdə Azərbaycan-Türkiyə birgə müəssisəsi – “DİA Holding” şirkəti keçmiş “Moskva” mehmanxanasının yerində inşa edib. Obyekt “Azinko Holding” MMC-nin sifarişi ilə tikilib

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın