Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Bakı-Xəbər”in əməkdaşı kitab yazdı

“Bakı-Xəbər”in əməkdaşı kitab yazdı

Hərbi jurnalist, ehtiyatda olan kapitan, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçısı, müharibə veteranı, əməkdaşımız Yalçın Abbasovun “Daxili Qoşunların veteranları hərbi-vətənpərvərlik tərbiyəsi prosesində” adlı kitabı işıq üzü görüb.
2016-cı ilin fevral ayında “Nərgiz” nəşriyyatında çap olunan kitab Daxili Qoşunların dövlətçiliyimiz uğrunda çətin sınaqlardan keçmiş veteranlarına, Daxili Qoşunların Veteranlar Şurasının gənclərin vətənpərvərlik tərbiyəsi yönündə geniş fəaliyyətinə həsr edilib.
Nəşrin redaktorları veteranlar Murad Mürsəlov və Səfxan Bayramovdur. Kitaba “Daxili Qoşunların veteranı olmaq şərəfdir” sərlövhəli ön söz yazan DİN Daxili Qoşunların Veteranlar Şurasının sədri M.Mürsəlov yazıda rəhbərlik etdiyi qurumun veteranların mənafelərinin qorunması, onların təşkilatlanması və maarifləndirilməsi istiqamətində gördüyü işlərdən, onların gənc nəslin mənəvi tərbiyəsinin formalaşmasında, hərbi xidmətə həvəsləndirilməsində oynadığı roldan, hərbi hissələrdə, təhsil ocaqlarında, ictimai təşkilatlarda keçirilmiş tədbirlərdən söhbət açıb.
Söz yox ki, ön cəbhədə döyüş sınaqlarından keçmiş, habelə ictimai təhlükəsizliyin mühafizəsində fədakarlıq göstərmiş insanların həyat yolu, mübarizə dolu günləri, şəxsi ləyaqəti gənclər üçün böyük örnəkdir.
Kitabda müəllifin mətbuatda dərc olunmuş “Daxili Qoşunların veteranları ictimai fəaliyyətdə”, “Əfsanəyə çevrilən mərd oğul”, “Ürəkdə yurd eşqi tükənən deyil”, “Daxili Qoşunlar və ictimai təhlükəsizlik faktoru”, “Daxili Qoşunlar: atəşkəsdən sonrakı 20 ildə keçilən yola baxış”, “Bir döyüş xatirəsinin sorağı ilə…”, “Komandir əsgərin ürəyinə necə yol tapa bilər?”, “Şəhid qanı axan torpaq…”, “Güclü əsgər olmaq hədəfi…”, “Bu günün təhlükəsizlik çağırışları və Daxili Qoşunlar”, “Biz sizi unutmayacağıq…” sərlövhəli maraqlı məqalələri yer alıb.
Həmçinin nəşrə Daxili Qoşunların veteranı, tanınmış şair, respublika veteranlar hərəkatının fəal üzvü Elxan Xəzərə həsr olunan “Döyüşçü şairin 60 illik yubileyi layiqincə qeyd olundu”, “Səfxan Bayramovun döyüşçü-şair Elxan Xəzərin 60 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışı” başlıqlı materiallar da daxil edilib.
Kitabda Daxili Qoşunların Veteranlar Şurasının üzərinə düşən missiyanı əks etdirən digər diqqətəlayiq materiallar da öz əksini tapıb.
Xatırladaq ki, bu nəşr müəllifin ikinci kitabıdır. Onun “Gələcəyin zabitlərilə görüş” adlı ilk kitabı da “Nərgiz” nəşriyyatında çap olunub.
Yeni kitabının nəşr olunması münasibətilə Yalçın Abbasovu təbrik edir, ona uğurlar arzulayırıq. Yalçın müəllim, davamı gəlsin!

İradə SARIYEVA

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın