Şənbə , İyul 11 2020
Ana səhifə / Siyasət / Bahar Muradova:” Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar gözləyirik”

Bahar Muradova:” Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar gözləyirik”

“Azərbaycanla ATƏT-in uzun illərə söykənən münasibətləri var. Biz bu münasibətlərin ardıcıl və dinamik şəkildə inkişaf etməsində maraqlıyıq”.
Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
O qeyd edib ki, Azərbaycan ATƏTdəyərlərinə böyük önəm verən ölkələrdəndir: “Təbii ki, biz ATƏT-dən, onun Parlament Assambleyasından bir təşkilat olaraq ATƏT-in mandatına daxil olan məsələlərin həllində iştirakı ilə yanaşı üzləşdiyimiz əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar gözləyirik. Təsadüfi deyil ki, ATƏT PA-nın hər sessiyasında bu məsələ müzakirə predmeti olur. Nümayəndə heyəti artıq məhdud sayda Makedoniyadakı sessiyada iştirak etmək üçün yola düşüb, orada bu məsələ müzakirə mövzusu olacaq”.
Vitse-spiker bildirib ki, aprel hadisələrindən sonra danışıqlarda müəyyən irəliləyişin olacağına inam qısa müddətdə formalaşsa da, ötən dövrdə Ermənistanın qeyri-konstruktiv mövqeyi iştirakçıların diqqətinə çatdırılacaq və Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi üçün parlamentarilərə müraciət ediləcək.(apa)

Həmçinin oxuyun

“İnsanlar Lerikin deputatına “oliqarx” deyirlər” — Sabir Rüstəmxanlı

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı 78 saylı Lerik seçki dairəsindən deputat İqbal Məmmədovu və …

Bir cavab yazın