Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / “Azərişıq” 24 saatlıq iş rejiminə keçdi: “Problem yaransa dərhal aradan qaldırılacaq”

“Azərişıq” 24 saatlıq iş rejiminə keçdi: “Problem yaransa dərhal aradan qaldırılacaq”

Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları 24 saatlıq xidmət rejiminə keçiblər. Bu barədə ASC-nin mətbuat xidməti bildirir. Məqsəd abonentlərin fasiləsiz olaraq elektrik enerjisi ilə təminatını həyata keçirməkdir. ASC bildirir ki, sərt hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə elektrik enerjisi təminatında problem yaranmayıb.

“Bu gün səhər saatlarından cəmi bir neçə  dəfə  elektrik enerjisi ilə bağlı fərdi müraciətlər olub ki, həmin problem də əməkdaşlarımız və texnikalarımız vasitəsilə aradan qaldırılıb. Maşın mexanizmlərimiz, mal-materiallarımız, avadanlıqlarımız, istər dağlıq rayonlarda, istərsə  də aran yerlərində  hazır vəziyyətidir. Yay fəsli ərzində 100 mindən artiq dayaqlar dəyişdirilib, yeni yarimstansiyalar inşa edilib, qəzalı vəziyyətdə olan yerlər təftiş edilərək yenidən bərpa olunub. “Azərişıq” ASC-nin qış mövsümünə ümumi hazırlığığımız yüksək səviyyədə olduğundanhavaların kəskinləşməsinə baxmayaraq elektrik enerjisinin verilməsində heç bir problem yaşanmayacaq”-press-relizdə bildirilir.

Şirkət bildirir ki, əgər hansısa problem yaranarsa abonentlər “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə zəng vursunlar. Onların müraciəti dərhal qeydiyyata alınacaq və problem operativ şəkildə aradan qaldırılacaq.

“Azərişıq” ASC-nin mətbuat xidməti

Həmçinin oxuyun

Hələ sülh sazişi imzalanmayıb, ona görə… – POLİTOLOQ

Laçın ermənilər üçün həyati əhəmiyyətə malik ərazi idi. Laçının işğaldan azad edilməsi Qarabağ münaqişəsinin hərbi …

Bir cavab yazın