Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycanın tanınmış rəssamı vəfat edib

Azərbaycanın tanınmış rəssamı vəfat edib

Azərbaycanın tanınmış rəssamı Əsgər Əsgərov dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə rəssamın yaxınları bildiriblər.

Ə.Əsgərov 1948-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Bakı Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1975-1980-ci illərdə Azərbaycan Rəssamlıq Universitetində təhsil alıb. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1994-cü ildə isə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunub.

1973-cü ildə beynəlxalq və ümumrespublika sərgilərində, eləcə də Azərbaycanda və xaricdə rəsm, qrafika, sulu boya, heykəltaraşlıq sərgilərində iştirak edib. Onun işləri ABŞ, Fransa, İngiltərə, Türkiyədə keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.

Ə.Əsgərov Bakı Rəssamlıq Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğul olub.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın