Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycanda “elektron pulqabı” istifadəyə verildi

Azərbaycanda “elektron pulqabı” istifadəyə verildi

“Wallet One” beynəlxalq ödəniş sistemi Azərbaycanda “elektron pulqabı”nı istifadəyə verib.
Bu barədə  elektron ödəniş sistemi bazarındakı mənbə bildirib.
“Wallet One” sistemi internet vasitəsilə xidmətlərin ödənişi, pulköçürmə və s. kimi maliyyə əməliyyatlarının aparılması üçün tətbiq edilir. Elektron pulqabının balansını “eManat” ödəniş terminalları vasitəsilə, bank kartlarından istifadə ilə onlayn şəkildə və banklarda doldurmaq olar.
“Elektron pulqabı”nın köməyi ilə mobil telefon və ya kompüter vasitəsilə mal və xidmətlərə görə sürətli ödənişlər etmək olar.
Bu tətbiq “iOS” və “Android” əməliyyat sistemləri əsasında işləyən mobil qurğular üçün əlçatandır.(Trend)

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın