Cümə , Avqust 6 2021
Ana səhifə / Siyasət / Azərbaycanda anadan olmuş qadını Ermənistana deportasiya etdilər

Azərbaycanda anadan olmuş qadını Ermənistana deportasiya etdilər

Bu gün səhər Azərbaycanda anadan olmuş Armine Ambartsumyan Niderlanddan Ermənistana deportasiya edilib. Səhər saat 8-də onu təyyarəyə mindirərək Parisə, oradan isə Yerevana göndəriblər.

Virtualaz.org Hollandiyanın NOS agentliyinə istinadən xəbər verir ki, ötən cümə günü yerli məhkəmə Amersfort şəhərində yaşayan Armine Ambartsumyanın və onun iki uşağının Ermənistana deportasiyası barədə qərar qəbul edib. Lakin bu gün səhər onların dalınca gələn polis A.Ambartsumyanın uşaqlarını evdə tapmayıb. Qadın uşaqların olduğu yeri bildirməkdən imtina edib. KİV yazır ki, o, bilərəkdən uşaqları gizlədib ki, onları Ermənistana deportasiya etməsinlər. Hazır Niderland polisi 12 yaşlı Hoviki və 11 yaşlı Liliyanı axtarır.

A.Ambartsumyanın uşaqları Rusiyada anadan olub. Rusiyaya isə Armine Azərbaycandan köçüb və onlar heç vaxt Ermənistanda olmayıblar. A.Ambartsumyan məhkəmədə deyib ki, Ermənistanda uşaqlarını necə saxlayacağını təsəvvür edə bilmir və uşaqları deportasiya etməməyi xahiş edib.

Niderlandın İmmiqrasiya və naturallaşdırma xidməti hesab edir ki, A.Ambartsumyana və onun uşaqlarına Niderlandda yaşamaq hüququ vermək üçün heç bir əsas yoxdur. Buna görə də, onlar ölkəni tərk etməlidirlər. Baxmayaraq ki, 9 ildir həmin ölkədə yaşayırlar.

Həmçinin oxuyun

Azərbaycanın KTMT-yə qoşulması sualına Kremldən cavab

“Azərbaycan hansısa statusla KTMT-yə üzv olmaq üçün müraciət etməyib”.Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici …

Bir cavab yazın