Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Siyasət / Azərbaycanda əhalinin sayı açıqlandı – RƏSMİ

Azərbaycanda əhalinin sayı açıqlandı – RƏSMİ

11 iyul – Ümumdünya əhali günüdür.
Azərbaycanın Dövlət Statistika Komitəsi 11 iyul – Ümumdünya əhali günü ilə əlaqədar Azərbaycan əhalisinin sayını açıqlayıb.
Komitədən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 43,3 min nəfər və ya 0,5% artaraq 2015-ci il iyun ayının 1-i vəziyyətinə 9 milyon 636,3 min nəfərə çatıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir.
Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni isə kənd sakinləri təşkil edir, 49,8%-i kişilərdən, 50,2%-i qadınlardan ibarətdir.
Əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6%-i isə 65 və yuxarı yaşda olanlardır.

Həmçinin oxuyun

Misir Mərdanov özünü oliqarx hesab etmir – VİDEO

”Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 …

Bir cavab yazın