Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Aydın Əliyevin adamı sahibkarı həbslə hədələyir – Xaçmaz gömrüyündə özbaşınalıq

Aydın Əliyevin adamı sahibkarı həbslə hədələyir – Xaçmaz gömrüyündə özbaşınalıq

Qəzetimizin dünənki sayında Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsində cərəyan edən qanun pozuntuları, rəis Azər Məmmədovun vəzifəsinə laqeyd münasibət göstərməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Süleymanov İrşad Əlseyran oğlunun üzləşdiyi haqsızlıq barədə məlumat vermişdik. Vətəndaş bildirmişdi ki, damazlıq məqsədilə Rusiyanın Kalmıkiya vilayətinin Ulanxol damazlıq təsərrüfatından aldığı mal-qaranı rəsmiləşdirə bilmir:

“Yük şöbəsində dedilər ki, get maliyyə şöbəsində vəziyyəti araşdır, sonra gəl malı rəsmiləşdirək. Maliyyə şöbəsinin rəisi Məzahir müəllimə yaxınlaşdım və onunla səmimi görüşdüm. Qeyd edim ki, bundan öncə də ölkəyə damazlıq mal gətirmişdim. Həmin vaxt malın bir maşını üçün 236 manat rüsum ödəmişdim. Məzahir müəllim etiraz etmədiyini və müəyyən xərclərin ödənməsindən sonra malırəsmiləşdirə biləcəyini söylədi. Hər mal üçün məndən 180 dollar pul tələb etdi. Pulu vermək istəməyəndə aramızda narazılıq yarandı. İdarənin rəsmi şəxslərindən xahiş etdim ki, məni yeni rəis Azər Məmmədovla görüşdürsünlər. Amma rəis məni qəbul etmədi. Bildirdilər ki, baytarlar gedib sizin malı yenidən yoxlayacaqlar. İki nəfər baytar həkimi gəlib tövlədə 55 baş damazlıq malı yoxladılar. Biz birlikdə Xaçmaz Gömrük İdarəsinə qayıtdıq. İdarənin rəis müavini Zal müəllimin yanında oldum. O dedi ki, baş verənlər barədə rəisə məruzə edib sənə söz deyəcəm. Rəis bu dəfə də məni qəbul etmədi. Malıİpək Yolu terminalındakı laboratoriyaya göndərdiklərini açıqladılar. Daha sonra isə cavab gələndən sonra malı rəsmiləşdirəcəklərini dedilər. Üstündən üç gün keçdikdən sonra növbəti dəfə Xaçmaz Gömrük İdarəsinə yollandım. Burda mənə gömrük bəyannaməsi yazıldı. Bəyannamədə gətirdiyim damazlıq mal safqanlı və cins olmayan kimi göstərilmişdi. Etirazımı bildirərək bəyannaməyə qol çəkmədim. Bəyannamənin köçürmə qiymətini 9932 manat hesablamışdılar. İdarənin səlahiyyətli şəxslərinə bu özbaşınalıqla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edəcəyimi dedim və oranı tərk etdim”. Biz gözləyirdik ki, komitə sədri Aydın Əliyev may ayında vəzifəyə təyin etdiyi rəislə bağlı səsləndirilən ittihamlarla bağlı öz münasibətini bildirəcək və onun barəsində lazımi tədbirlərə imza atacaq. Görünən odur ki, komitə rəhbəri idarə rəisinin barəsində nəinki cəza tədbiri görmək fikrindədir, əksinə onun qanunsuz əməllər törətməsinə münbit zəmin yaradır. Dünən redaksiyamızla əlaqə saxlayan iş adamı yazı dərc olunandan sonra Xaçmaz Gömrük İdarəsinin rəisi tərəfindən hədələndiyini söylədi: “Əvvəlcə, üzləşdiyim problemi qəzetinizdə işıqlandırdığınız üçün sizə və qəzetin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Deyəsən, qəzetə etdiyim şikayət idarə rəisinin xoşuna gəlməyib. Belə ki, dünən mənə zəng vuran və özünü idarənin işçisi kimi təqdim edən Fətəli adlı şəxs rəisin sözlərini çatdırdı. Dedi ki, Azər Məmmədov bildirib ki, atdığı böhtanlara görə səni cinayətə cəlb elətdirəcək. Guya mən onun haqqında qəzetə yalan məlumat vermişəm. Mən isə həmin şəxsə cavabımda haqq mövqeyimdən geri çəkilməyəcəyimi dedim. İdarə rəisi qəzeti oxuyub, barəsində yazılanlardan bərk əsəbiləşib. Buna görə məni cinayət məsuliyyətinə cəlb elətdirmək istəyir. Onun işçisinə həmçinin dedim ki, əgər qəzetə verdiyim məlumatlarda cüzi yanlışlıq varsa, buna başımla cavabdehəm. Məgər indi hansı zəmanədə yaşayırıq ki, kimsə başqasına hədə-qorxu gəlsin? Ölkəmizin qanunları var. İnsanların hüquqları yüksək səviyyədə qorunur. Azər Məmmədovun hədələri məni qətiyyən qorxutmur. Çünki mən haqqam, haqqa söykənib danışıram. Azərbaycanın İlham Əliyev kimi prezidenti var. Mən ona güvənirəm. İdarə rəisi fikirləşir ki, bərkdən qışqırıb mənim səsimi batıracaq. Mərhum Heydər Əliyevin qurduğu, İlham Əliyevin rəhbərlik etdiyi ölkədə belə insanların iç üzü gec-tez ifşa olunacaq”.

Bu məsələylə bağlı prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, Daxili İşlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova, spiker Oktay Əsədova və ombudsman Elmira Suleymanovaya teleqram vurmuşam. Qeyd etdiyimiz kimi, Azər Məmmədov may ayında Xaçmaz Gömrük İdarəsinə rəis təyin olunub. Təyinatının heç 100 günü tamam olmamış artıq onun barəsində şikayətlərin ardı-arası kəsilmək bilmir. Bu isə o deməkdir ki, idarə rəisi ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir. Növbəti saylarımızda Xaçmaz Gömrük İdarəsində baş alıb gedən özbaşınalıqlar haqda araşdırma yazısı dərc edəcəyik. \\gundelik-baku.com\\

Qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın