Cümə , Avqust 23 2019
Ana səhifə / Siyasət / Ata-anaya hörmətsizlik Qiyamət əlamətidir – Quran və hədislər işığında…

Ata-anaya hörmətsizlik Qiyamət əlamətidir – Quran və hədislər işığında…

“Onlar valideynlərini döyüb-söyərək öz qullarına çevirəcəklər…”
Qiyamətin artıq gerçəkləşmiş kiçik əlamətləri barədə ötən yazılarımızdan birində  göydələnlərin tikilməsində yarışların başlanmasının da Qiyamət əlaməti olmasından bəhs etmişdik. Yadınızdadırsa,  həmin yazıda belə bir hədisi nümunə gətirmişdik:”Peyğəmbər sallallahu aleyhi və səlləm  Qiyamətin əlamətləri haqqında soruşan Cəbrailə belə cavab vermişdir: “Kənizin, yəni qul qadının öz ağasını doğması, ayaqyalın, cılpaq cobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları” (Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 27 Oktyabr 2009-Cu İl Tarixli İcazəsi Əsasında Çap Edilmiş (№DK-365/Q)  “Qiyamətin böyük və kiçik əlamətləri”  kitabı,səh.29)…
Bəhs etdiyimiz hədisdəki digər bir Qiyamət əlamətini də ehtiva edən “kənizin öz ağasını doğması” ifadəsinin təfsir və izahını isə  növbəti yazımızda nəzərinizə çatdıracağımıza söz vermişdik.
Hədisdəki  sözü gedən ifadənin bir neçə təfsiri var:
“Əl-Xəttabi yazır: ”Bu o deməkdir ki, İslam sürətlə yayılacaq. Və onun ardıcılları bütpərəstlərin torpaqlarını zəbt edib uşaqlarını  əsir götürəcəklər. Əsir edilmiş kənizlərdən də uşaqlar doğulacaq ki,  onlar sahibləri kimi hüquqlara malik olacaqlar.  Beləliklə, qul öz ağasını doğacaq”.
Amma İbn Kəsir və İbn Həcər bununla razılaşmayıblar.  İbn Həcər yazır:”Bütpərəstlərin ərazilərinin işğalı v onların uşaqlarının əsir alınması artıq İslamın yayılmasının ilk illərində baş verirdi. Hədisdə isə Qiyamət günü ərəfəsində baş verəcək  hadisələr göstərilir”.
İkinci təfsirə əsasən ağalar qullarını satacaq. Onlardan olan uşaqlar böyüdükcə isə onlar da özlərinə qul olacaqlar və bu zaman onların öz anaları olduqlarını bilməyəcəklər.
Üçüncü təfsirə görə, uşaqlar öz valideynlərinə ağanın öz quluna  yanaşdığı kimi münasibət bəsləyəcəklər. Onlar valideynlərini döyüb-söyərək öz qullarına çevirəcəklər. İbn Həcər məhz bu təfsirə üstünlük verir(Mahmud Qəhrəmanov. “Qiyamət gününün kişik və böyük əlamətləri” kitabı, səh. 29-30, 22-ci əlamət).
Nə yazıqlar ki, yaşadığımız dövrdə ata-anaya qarşı nəinki hörmətsizlik, hətta qəddarlıq, vəhşilik, rəzillik nümayiş etdirilən hallar artıq adiləşməkdədir. Bu günlərdə qaçqın şəhərciklrindən birində qızın atasının ikinci arvadıyla birləşərək doğma anasını döyməsi faktı barədə, yəqin ki, çoxunuz məlumatlısınız… Ata-ananı, baba-nənəni pula, avtomobilə, vara, evə və s. görə qətlə yetirmək kimi hallar da baş verir ki, bu, artıq insan alçaqlığının ən son həddidir. Bir sözlə, təəssüf ki, Peyğəmbərimizin(s) hədislərində uzaqgörənliklə göstərdiyi daha bir Qiyamət əlaməti zahir olubdur. Hər birimiz bundan ibrət götürməli və  belə alçaq əməllərə meyilli olanları mümkün qədər doğru yola çəkməliyik…

Həmçinin oxuyun

Ərdoğanın partiyasının 18 yaşı tamam oldu – Bakıdan iki fərqli baxış

Həftə sonu Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 18 ilini təntənəli qeyd …

Bir cavab yazın