Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / ATƏT-in Bakı nümayəndəsinin fəaliyyəti dayandırıldı

ATƏT-in Bakı nümayəndəsinin fəaliyyəti dayandırıldı

“Məlumat aldım ki, ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb`.

Bu qəribə xəbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

`Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri Denil Bayer Aleksis Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, Aleksis Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi onun gələcək karyerası çox uğurlu olardı`.

A.Şahtaxtinski təzəcə bu vəzifəyə təsdiq olunmuşdu.

Həmçinin oxuyun

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. Bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin …

Bir cavab yazın